Avstraliya hökuməti İranda təhlükəsizlik vəziyyətinin son dərəcə qeyri-sabit olduğu barədə xəbərdarlıq edib. Hökumət vətəndaşlarını bu ölkəyə səfər etməməyə, imkan və təhlükəsiz şərait olduqda isə İranı tərk etməyə çağırıb.
Avstraliya hökumətinin səyahət xəbərdarlıqları üzrə rəsmi saytında bildirilir ki, Kanberranın açıqlamasına görə, son hərbi hücumlar və münaqişələrin genişlənməsi ehtimalı İranda təhlükəsizlik risklərini artırıb.
Avstraliya hökuməti həmçinin vurğulayıb ki, hava limanları və sərhəd keçid məntəqələri əvvəlcədən xəbərdarlıq edilmədən bağlana bilər. Hökumət ölkə vətəndaşlarına istənilən yerdəyişmədən əvvəl yolların təhlükəsizlik vəziyyətini yoxlamağı tövsiyə edib.
Bu xəbərdarlıq Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyətini dayandırdığı və ölkə vətəndaşlarına konsulluq xidmətlərinin göstərilməsi imkanlarının ciddi şəkildə məhdudlaşdığı bir vaxtda verilib.