ArazNews
Ana Səhifə / İran / Milli Qaz Şirkəti daha sərt qış olacağını etiraf edib: 130 milyon kubmetr kəsir və 11 əyalətdə qaz məhdudiyyəti ehtimalı
İran

Milli Qaz Şirkəti daha sərt qış olacağını etiraf edib: 130 milyon kubmetr kəsir və 11 əyalətdə qaz məhdudiyyəti ehtimalı

Milli Qaz Şirkəti daha sərt qış olacağını etiraf edib: 130 milyon kubmetr kəsir və 11 əyalətdə qaz məhdudiyyəti ehtimalı

Milli Qaz Şirkətinin qaz təchizatının koordinasiyası üzrə direktoru Huşəng Seydali bu qış 11 əyalətdə qaz məhdudiyyəti tətbiq oluna biləcəyini bildirərək xəbərdarlıq edib. O, həmin əyalətlərin adlarını açıqlamayıb. Seydalinin sözlərinə görə, bu il qaz kəsiri ötən ilə nisbətən 130 milyon kubmetr çoxdur.

Seydali İSNA agentliyinə müsahibəsində deyib ki, 1404-cü il isfənd ayının 27-də dörd qaz emalı zavodu hücuma məruz qalıb və hasilat gücünün təxminən 230 milyon kubmetri itirilib. Onun iddiasına görə, bu gücün təxminən 100 milyon kubmetri bərpa olunub, lakin 130 milyon kubmetri hələ də istismardan kənardadır.

Rəsmi sənaye müəssisələrini istehlakın pik həddə çatdığı günlər üçün ikinci yanacaq ehtiyatı yaratmağa çağırıb. Milli Qaz Şirkəti ötən qışlarda da sənaye müəssisələrinə qaz verilməsini bir-iki ay məhdudlaşdırmışdı. Seydali etiraf edib ki, əvvəlki illərdə məişət istehlakında qazın əvəzlənməsi üçün planlaşdırma aparılsaydı, problem bu qədər genişmiqyaslı olmazdı.