"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ Körfəz hövzəsinin bir neçə ölkəsini İran rejiminə qarşı qısa və güclü hərbi əməliyyata hazır olmaları barədə xəbərdar edib. Bu əməliyyat noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başlaya bilər.
Amerika qəzeti yazır ki, ABŞ qüvvələri raketdən müdafiə sistemlərini gücləndirir və sursat ehtiyatlarını tamamlayır. Bombardmançı və qırıcı təyyarələr də ehtimal olunan hücumlara hazırlanır.
"The Wall Street Journal" əlavə edib ki, Tramp İranın infrastrukturuna və nüvə obyektlərinə genişmiqyaslı hücum endirilməsinə meyillidir, lakin hələ son qərarını verməyib. İsrail də hücumları bərpa etməyə hazırlaşır.