ArazNews
Ana Səhifə / Dünya / Respublikaçılar Konqres seçkilərində məğlubiyyətdən narahatdır; Tramp neft qiymətlərinin kəskin düşəcəyini vəd edib
Dünya

Respublikaçılar Konqres seçkilərində məğlubiyyətdən narahatdır; Tramp neft qiymətlərinin kəskin düşəcəyini vəd edib

Respublikaçılar Konqres seçkilərində məğlubiyyətdən narahatdır; Tramp neft qiymətlərinin kəskin düşəcəyini vəd edib

ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilər ərəfəsində inflyasiya və İslam Respublikası ilə müharibənin nəticələri ilə bağlı narahatlıqlara baxmayaraq, Respublikaçıların qalib gələcəyini proqnozlaşdırıb.

Reuters agentliyinin xəbərinə görə, Tramp oktyabrın 26-da, bazar ertəsi Missisipi ştatında çıxışı zamanı ABŞ iqtisadiyyatının yaxşı göstəricilərə malik olduğunu və neft qiymətlərinin tezliklə kəskin şəkildə aşağı düşəcəyini iddia edib.

O, İslam Respublikası ilə müharibənin neft qiymətlərinin artmasına səbəb olduğunu etiraf edib, lakin Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bu xərcin qəbulediləndir olduğunu bildirib və müharibənin tezliklə başa çatacağını deyib.

Bu açıqlamalar sorğuların Demokratların Nümayəndələr Palatasında qələbə qazanma ehtimalını göstərdiyi, Respublikaçıların isə hətta ənənəvi olaraq dəstək aldıqları bəzi ştatlarda belə çətin rəqabətlə üzləşdiyi bir vaxtda səsləndirilib.

Noyabrın 3-də keçiriləcək seçkilərdə Nümayəndələr Palatasının bütün 435 və Senatın 35 yerinin taleyi müəyyənləşəcək. Bu seçkilər Konqresə nəzarətin Respublikaçıların əlindən çıxması ilə nəticələnə bilər.