ArazNews
Ana Səhifə / Xəbər / iPhone istifadəçiləri üçün təhlükəsizlik xəbərdarlığı: hakerlər heç bir klik olmadan telefonlara daxil olurlar
Xəbər

iPhone istifadəçiləri üçün təhlükəsizlik xəbərdarlığı: hakerlər heç bir klik olmadan telefonlara daxil olurlar

iPhone istifadəçiləri üçün təhlükəsizlik xəbərdarlığı: hakerlər heç bir klik olmadan telefonlara daxil olurlar

Kibertəhlükəsizlik tədqiqatçıları iPhone telefonlarına müdaxilənin yeni üsulunu aşkar etdiklərini açıqlayıblar. Bu üsulda istifadəçi heç bir zərərli linkə klikləməsə belə, sadəcə internet reklamına baxmaq və ya veb-sayta daxil olmaq casus proqramın quraşdırılmasına səbəb ola bilər.

"Axios" nəşrinin məlumatına görə, iki kibertəhlükəsizlik şirkətinin tədqiqatçıları bəzi haker qruplarının internet reklamlarından və etibarlı veb-saytlardan sui-istifadə edərək iPhone telefonlarını hədəfə aldığını aşkarlayıblar.

Başqa bir əməliyyatda hakerlər təxminən 8 min veb-saytın infrastrukturundan sui-istifadə edərək istifadəçiləri məlumatları və rəqəmsal aktivləri oğurlayan casus proqramların təhlükəsi ilə üz-üzə qoyublar.

Ekspertlər bildiriblər ki, bu hücumlar proqram təminatındakı boşluqlardan istifadə edir və telefonun əməliyyat sistemini yeniləmək riski azaltmağın ən mühüm yollarından biridir.