İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının katibi Behnam Səidi hədələyib ki, ABŞ yenidən hücum edəcəyi təqdirdə İslam Respublikası müdafiədən hücuma keçəcək və dünyanın hər yerində ABŞ-ın maraqlarını və qüvvələrini hədəfə alacaq.
İLNA agentliyinin xəbərinə görə, Səidi deyib ki, ABŞ «bütün bombaların anası» adlandırılan bombalardan istifadə edərsə, Tehran amerikalıları «peşman edəcək» yeni raketlər və hərbi texnika nümayiş etdirəcək.
O, xəbərdarlıq edib: «Heç bir ABŞ bazası və heç bir amerikalı əsgər təhlükəsiz olmayacaq».
Səidi həmçinin ABŞ ilə əməkdaşlıq edən ölkələri hədələyib, Hörmüz və Babül-Məndəb boğazlarını xatırladaraq Vaşinqtona qarşı hərbi və iqtisadi təzyiqlərin artırıla biləcəyini bildirib.