Financial Times-ın məlumatına görə, İsrail ordusu 10 oktyabr həftəsonu İranda bir neçə gün davam edəcək bombardmana hazırlaşıbmış. Elektrik stansiyaları, nüvə obyektləri və hökumət mərkəzləri kimi mülki infrastruktur hədəflər siyahısında yer alıb. Bu əməliyyat Donald Trampın 3 noyabr aralıq seçkilərindən əvvəl istənilən hücuma etiraz etməsi səbəbindən həyata keçirilməyib.
Qəzetin yazdığına görə, bu hücumun planlaşdırılması barədə göstərişi Binyamin Netanyahu şəxsən verib. Hücumun fevralda ABŞ və İsrailin birgə zərbələrindən də güclü olması nəzərdə tutulurdu. İsrail rəsmiləri bazar ertəsi hədəflərin yenilənmiş siyahısını ABŞ-ın müharibə naziri Pit Heqsetə təqdim ediblər. Əvvəlki hücumlarda zərər görməyən infrastruktur obyektləri də bu siyahıya daxildir.
Ağ Evin sözçüsünün müavini Anna Kelli bildirib ki, ABŞ aralıq seçkilərdən əvvəl İrana hücum etməyəcək. Lakin İsrail ordusu tam hazırlıq vəziyyətindədir və 27 oktyabr seçkilərinədək bütün hərbçilərin məzuniyyətlərini ləğv edib.