ArazNews
Ana Səhifə / Dünya / Trampın qalmaqallı təyinatı uzun sürmədi: Ağ Evin yeni mətbuat katibi işə başlamasından beş gün sonra vəzifəsindən azad edildi
Dünya

Trampın qalmaqallı təyinatı uzun sürmədi: Ağ Evin yeni mətbuat katibi işə başlamasından beş gün sonra vəzifəsindən azad edildi

Trampın qalmaqallı təyinatı uzun sürmədi: Ağ Evin yeni mətbuat katibi işə başlamasından beş gün sonra vəzifəsindən azad edildi

Ağ Evin yeni mətbuat katibi Keyti Zakariya cümə günü, işə başlamasından cəmi beş gün sonra vəzifəsindən azad edilib. Reuters-in məlumatına görə, Ağ Ev rəsmilərindən biri bu xəbəri təsdiqləyib. Tramp onu oktyabrın 9-da Karolin Livittin yerinə təyin etmişdi.

Zakariyanın ilk brifinqi çərşənbə axşamı cəmi 14 dəqiqə çəkib. O, həmin brifinqdə Respublikaçılara yaxın media qurumlarını təmsil edən yalnız üç jurnalistin suallarını cavablandırıb. Lakin ən böyük qalmaqala onun özünü vəkil kimi təqdim etməsi səbəb olub. Zakariya daha sonra Fox News-a müsahibəsində vəkillik lisenziyası imtahanından keçmədiyini etiraf edib.

Tramp cümə günü jurnalistlərə bildirib ki, Zakariyaya bu vəzifədə qalıb-qalmamaq barədə qərarını yenidən nəzərdən keçirməyi tövsiyə edib. Onun sözlərinə görə, yeni mətbuat katibinə media təzyiqi çox güclü olub. Vəzifədən azadetmə ABŞ-da aralıq seçkilər ərəfəsində baş verib.