ArazNews
Ana Səhifə / Dünya / Tramp: İrana quru qoşunları göndərməyəcəyik, nüvə silahından da istifadə etməyəcəyəm
Dünya

Tramp: İrana quru qoşunları göndərməyəcəyik, nüvə silahından da istifadə etməyəcəyəm

Tramp: İrana quru qoşunları göndərməyəcəyik, nüvə silahından da istifadə etməyəcəyəm

ABŞ prezidenti Donald Tramp İrana quru qoşunları göndərmək planının olmadığını bildirib və Tehranla münaqişədə nüvə silahından istifadə etməyəcəyini vurğulayıb.

"Newsmax" telekanalının məlumatına görə, Tramp həmçinin Vaşinqtonun Rusiya və Çinlə nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlar apardığını deyib. O, Çinin nüvə potensialının yaxın beş il ərzində ABŞ-ın səviyyəsinə yaxınlaşacağını gözlədiyini qeyd edib. Tramp bu məsələni Si Cinpinlə də müzakirə etdiyini əlavə edib.

Müsahibənin digər hissəsində Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına yenidən hücumlarını "biabırçılıq" adlandırıb. O bildirib ki, yanacaq istehsalı infrastrukturunun hədəfə alınması dünya bazarında enerji qiymətlərinin artmasına səbəb olur.