Ukrayna Prezidenti Volodimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla görüşünü «çox səmərəli» adlandırıb. Onun sözlərinə görə, tərəflər Rusiyaya qarşı mübarizənin müxtəlif yollarını müzakirə ediblər.
Zelenski bildirib ki, bu ay Ukrayna Hərbi Hava Qüvvələrinin gücləndirilməsi üçün yeni paketlər təqdim olunacaq. O, həmçinin Avropanın FREYJA ballistik raketlərdən müdafiə sistemi üzərində işlərin sürətləndiyini açıqlayıb və bu sistemin ilin sonunadək istifadəyə verilməli olduğunu deyib.
Ukrayna Prezidenti Makrona təşəkkür edib və Fransanın vəd etdiyi silah istehsalı ilə bağlı bütün icazələrin alındığını əlavə edib.