ArazNews
Ana Səhifə / Bölgə / Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına qoşun və hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır
Bölgə

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına qoşun və hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır

Middle East Eye: Türkiyə Səudiyyə Ərəbistanına qoşun və hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır

Türkiyənin bir neçə rəsmisi husilərin hücumlarının güclənməsi fonunda Ankaranın yaxın həftələrdə Səudiyyə Ərəbistanına əlavə qoşun və müdafiə avadanlığı göndərməyi planlaşdırdığını bildirib.

Bu dəstək hava hücumundan müdafiə avadanlığını, texniki mütəxəssisləri və enerji obyektləri də daxil olmaqla həyati əhəmiyyətli infrastrukturun mühafizəsi üçün təcili reaksiya qruplarını əhatə edəcək. Həmin rəsmilərin sözlərinə görə, Türkiyə ötən ildən etibarən Səudiyyə Ərəbistanında texniki qruplar, hava hücumundan müdafiə sistemləri və elektron müharibə avadanlığı yerləşdirib.

Middle East Eye-ın məlumatına görə, qoşunların daha geniş miqyasda göndərilməsi Türkiyə parlamentinin icazəsini tələb edir və məsələnin cari ayda müzakirə olunacağı gözlənilir. İcazə verildikdən sonra husilərin dronlarına və ballistik raketlərinə qarşı mübarizə üçün məhdud sayda xüsusi təyinatlı qüvvələrin, təcrübəli pilotların və hərbi təyyarələrin göndərilməsi gündəmə gələcək.

Səudiyyə Ərəbistanının Şərq–Qərb neft kəmərinin qərb hissəsinin mühafizəsi, həmçinin Ər-Riyad, Məkkə və Mədinənin müdafiəsində iştirak nəzərdə tutulan missiyalar sırasındadır. Türkiyə qüvvələri Səudiyyə və Pakistan qüvvələri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcək.

Bu plan Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın bazar ertəsi «Məkkə müdafiə paktı» çərçivəsində kollektiv müdafiə öhdəliklərinin dərhal icrasına, eləcə də razılaşdırılmış qüvvələrin və hərbi imkanların Səudiyyə Ərəbistanında yerləşdirilməsinin sürətləndirilməsinə dair qərarlarını açıqlamasından sonra gündəmə gəlib.