ArazNews
Ana Səhifə / Dünya / G7-nin qərarından sonra neft ucuzlaşıb: fövqəladə ehtiyatlardan bazara 100 milyon barel neft çıxarılacaq
Dünya

G7-nin qərarından sonra neft ucuzlaşıb: fövqəladə ehtiyatlardan bazara 100 milyon barel neft çıxarılacaq

G7-nin qərarından sonra neft ucuzlaşıb: fövqəladə ehtiyatlardan bazara 100 milyon barel neft çıxarılacaq

Bazar ertəsi dünya bazarlarında neftin qiyməti düşüb. Yaxın Şərqdən xam neft ixracının artması və G7 ölkələrinin fövqəladə ehtiyatlardan 100 milyon barel xam neft və dizel yanacağını bazara çıxarmaq barədə qərarı enerji təchizatı ilə bağlı narahatlığı qismən azaldıb.

"Reuters"in məlumatına görə, "Brent" markalı neftin fyuçers qiyməti 66 sent azalaraq bir barel üçün 101 dollar 59 sent olub. ABŞ xam neftinin qiyməti isə 95 sent ucuzlaşıb və 90 dollar 12 sent səviyyəsində alınıb-satılıb.

G7 ölkələri cümə günü ehtiyatların dörd ay ərzində bazara çıxarılması, dizel yanacağının xeyli hissəsinin isə ilk 20 gündə bazara verilməsi barədə razılığa gəliblər. Bu ölkələr həmçinin enerji ixracına məhdudiyyət tətbiq etməyəcəklərinə dair öhdəlik götürüblər.

Gəmiçilik məlumatları göstərir ki, sentyabrın son həftəsinin dörd günündə Yaxın Şərqdən xam neft ixracı hətta müharibədən əvvəlki səviyyəni də ötüb. Bununla belə, Hörmüz boğazında gəmilərə edilən hücumlar gəmiçilik və enerji bazarı üçün riskləri hələ də yüksək səviyyədə saxlayır.