İran Meteorologiya Təşkilatı bildirib ki, bu gün, şənbə günü Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Kürdüstan və digər bir sıra əyalətlərin bəzi ərazilərində yağış, ildırım və müvəqqəti güclü külək gözlənilir.
Məlumata görə, yağıntı sisteminin fəallığının güclənməsi ilə əlaqədar 16 əyalət üçün narıncı xəbərdarlıq verilib. Həmçinin İranın şimal-qərb, qərb, cənub-qərb və mərkəzi bölgələrində, eləcə də Əlburz dağlarının ətəklərində güclü külək, toz və havanın keyfiyyətinin pisləşməsi gözlənilir.
Bu gün Xəzər dənizi sahilindəki əyalətlərdə və Ərdəbildə də havanın temperaturunun aşağı düşəcəyi proqnozlaşdırılır.