ABŞ Müharibə Nazirliyi oktyabrın 1-dən etibarən 20 ildən artıq müddətdə ilk dəfə olaraq təhlükəli bölgələrdə yerləşdirilən hərbi qulluqçuların müavinətlərini artırıb.
«Daily Wire»-ın məlumatına görə, bu qərara əsasən, «düşmən atəşi müavinəti» 225 dollardan 450 dollara, «qaçılmaz təhlükə müavinəti» isə ayda 275 dollara qaldırılıb. Qərar ABŞ-ın İranla müharibə apardığı və bu ölkənin 50 mindən çox hərbçisinin Yaxın Şərqdə yerləşdirildiyi bir vaxtda qəbul edilib. İndiyədək bölgədə 19 amerikalı hərbçinin həlak olduğu bildirilib.
Bu müavinətlər müharibə, terrorizm və ya təhlükəli şəraitdən qaynaqlanan təhdidlərə məruz qalan hərbçilərə, o cümlədən Hörmüz boğazında olan gəmilərdə xidmət edən amerikalı hərbçilərə şamil edilir. Hərbçilər eyni dövr ərzində hər iki növ müavinəti eyni vaxtda ala bilməzlər.