NATO-nun baş katibi Mark Rütte alyansın müdafiə xərclərinin artmasından danışarkən Rusiyanın vəziyyətinin yaxşı olmadığını bildirib. Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı da yaxşı vəziyyətdə deyil.
Rütte qeyd edib ki, Rusiya ordusu Ukrayna müharibəsində hər ay 40 mindən çox hərbçi itirir. Bu hərbçilər ya öldürülüb, ya da ağır yaralanıb. O, bu rəqəmləri «sarsıdıcı və çox böyük» adlandırıb və bunun həmin hərbçilərin ailələri üçün acı xəbər olduğunu deyib.
NATO-nun baş katibi əlavə edib ki, bu statistikaya əsasən, Vladimir Putin öz xalqından 1 milyon 200 min nəfəri qurban verməyə hazır olub. Rüttenin sözlərinə görə, Rusiya bu itkiləri Ukraynaya qarşı «əsassız və təcavüzkar» müharibədə verib.