ArazNews
Ana Səhifə / Dünya / İtaliya məktəblərində burqa və niqab qadağası qüvvəyə minib
Dünya

İtaliya məktəblərində burqa və niqab qadağası qüvvəyə minib

İtaliya məktəblərində burqa və niqab qadağası qüvvəyə minib

İtaliya məktəblərində burqa və niqab taxılmasına qadağa oktyabrın 1-dən qüvvəyə minib. Bu qaydalar Corciya Meloni hökumətinin qanun qüvvəli fərmanının bir hissəsidir. Fərman İtaliya prezidenti Sercio Mattarella tərəfindən imzalandıqdan və rəsmi qəzetdə dərc olunduqdan sonra qüvvəyə minib.

Yeni qaydalara əsasən, üzü örtən və şəxsin tanınmasına mane olan geyimlə məktəb fəaliyyətlərində iştirak etmək qadağandır. Sənədlə təsdiqlənmiş tibbi hallar və təhsil prosesi ilə bağlı tələblər bu qadağaya aid deyil. İtaliya parlamentinin fərmanı qanuna çevirmək üçün 60 gün vaxtı var, əks halda fərman qüvvəsini itirəcək.

Bundan başqa, 2027–2028-ci tədris ilindən etibarən müxtəlif təhsil pillələrinin ilk siniflərində xarici şagirdlərin müəyyən qrupu üçün 30 faizlik hədd tətbiq olunacaq. Bu məhdudiyyətin kimlərə şamil ediləcəyi doğulduğu yer və İtaliya təhsil sistemində təhsil alma təcrübəsi kimi meyarlardan asılıdır. Məhdudiyyət bütün xarici şagirdləri əhatə etmir.