ArazNews
Ana Səhifə / Bölgə / Suriya hökuməti Türkiyədə Hizbullahla gizli görüş barədə xəbəri təkzib edib
Bölgə

Suriya hökuməti Türkiyədə Hizbullahla gizli görüş barədə xəbəri təkzib edib

Suriya hökuməti Türkiyədə Hizbullahla gizli görüş barədə xəbəri təkzib edib

Suriya hökuməti Dəməşq rəsmiləri ilə Livan Hizbullahının nümayəndələri arasında Türkiyədə gizli görüş keçirildiyi barədə yayılan xəbəri təkzib edərək belə bir görüşün ümumiyyətlə baş tutmadığını açıqlayıb.

Daha əvvəl "Reuters" altı mənbəyə istinadən xəbər vermişdi ki, Suriya hökumətinin rəsmiləri və Hizbullah nümayəndələri sentyabr ayında tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə ən azı bir dəfə gizli görüş keçiriblər. Həmin xəbərdə Suriyanın kəşfiyyat və xarici işlər nazirliyi rəsmilərinin də bu görüşdə iştirak etdiyi iddia olunurdu.

Suriya İnformasiya Nazirliyinin xarici media şöbəsi bu xəbərə münasibət bildirərək açıqlayıb: "Bu iddialar həqiqətə uyğun deyil və belə bir görüş keçirilməyib." "Reuters" də bu reaksiya yayıldıqdan sonra ilkin xəbərini yeniləyib və Dəməşqin rəsmi təkzibini ona əlavə edib.