ArazNews
Ana Səhifə / Bölgə / Canik pulemyotu Bakıda nümayiş olunub: Azərbaycan helikopterləri Türkiyə texnologiyası ilə təchiz edilir
Bölgə

Canik pulemyotu Bakıda nümayiş olunub: Azərbaycan helikopterləri Türkiyə texnologiyası ilə təchiz edilir

Canik pulemyotu Bakıda nümayiş olunub: Azərbaycan helikopterləri Türkiyə texnologiyası ilə təchiz edilir

Türkiyənin "Canik" silah şirkəti "M3 FALCON" iriçaplı pulemyotunu Bakıda keçirilən 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ("ADEX 2026") nümayiş etdirib.

12,7 millimetrlik bu pulemyot "FALCON FLEX 50" modul montaj platforması vasitəsilə Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17" helikopterlərinə quraşdırılıb və inteqrasiya olunub. İstehsalçı şirkətin açıqlamasına görə, pulemyotun uçuş və atəş sınaqları Azərbaycanda uğurla həyata keçirilib. Bu təchizatın məqsədi pilotsuz uçuş aparatları kimi təhdidlərə qarşı mübarizəni gücləndirmək və atəş dəstəyi imkanlarını artırmaqdır.

"ADEX 2026" sərgisi "Securex Caspian" təhlükəsizlik və xilasetmə avadanlıqları sərgisi ilə eyni vaxtda keçirilir. Sərgilərdə 29 ölkədən 270-dən çox şirkət iştirak edir. Bundan başqa, 33 ölkədən 45 xarici nümayəndə heyəti iştirak üçün qeydiyyatdan keçib, 14 ölkə isə sərgidə milli pavilyonla təmsil olunur.