ArazNews
Ana Səhifə / Bölgə / Azərbaycan hökumət nümayəndə heyətinin İrana səfəri fonunda: Əliyev Pezeşkianı telefonla ad günü münasibətilə təbrik edib
Bölgə

Azərbaycan hökumət nümayəndə heyətinin İrana səfəri fonunda: Əliyev Pezeşkianı telefonla ad günü münasibətilə təbrik edib

Azərbaycan hökumət nümayəndə heyətinin İrana səfəri fonunda: Əliyev Pezeşkianı telefonla ad günü münasibətilə təbrik edib

Azərbaycan Prezidentinin Administrasiyasının məlumatına görə, İlham Əliyev sentyabrın 29-da, çərşənbə axşamı İslam Respublikasının prezidenti Məsud Pezeşkianla telefonla danışıb. O, Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona cansağlığı, uzun ömür və uğurlar arzulayıb. Pezeşkian da təbrikə görə təşəkkür edib.

İki prezident telefon danışığı zamanı Bişkekdə keçirilən son görüşlərini və orada müzakirə olunan məsələləri xatırlayıblar.

Söhbət zamanı Azərbaycan hökumətinin nümayəndə heyətinin İranda olmasına da toxunulub. Nümayəndə heyəti səfəri çərçivəsində ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edir.