Qətər Xarici İşlər Nazirliyi İran ilə ABŞ arasında mesajların ötürülməsi prosesinin fasiləsiz davam etdiyini açıqlayıb. Nazirliyin sözlərinə görə, Doha iki tərəf arasında ortaq zəmin yaratmaq və maneələri aradan qaldırmaq üçün səylərini davam etdirir.
Qətər Xarici İşlər Nazirliyi Dohanın vasitəçilik rolunu davam etdirdiyini vurğulayıb. Nazirlik region ölkələrinin müharibənin davam etməsində heç bir marağı olmadığını bildirib və Tehran ilə Vaşinqtonun mövqelərini yaxınlaşdırmaq üçün səylərin davam etdiriləcəyini əlavə edib.
Nazirlik Hörmüz boğazındakı böhranla bağlı da fikir bildirib. Qeyd edilib ki, məsələ təkcə Körfəz ölkələrinin bu su yolundakı qarışıqlığa nə dərəcədə tab gətirə bilməsi deyil. Nazirliyin sözlərinə görə, «bütün dünya bu böhrana nə qədər tab gətirə bilər» sualı da verilməlidir.