Yəmən hökumətinin silahlı qüvvələrinin sözçüsü son 72 saat ərzində husilərin hərbi hədəflərinə qarşı 756 əməliyyat keçirildiyini, bu əməliyyatlar zamanı qruplaşmanın 2316 üzvünün öldürüldüyünü və ya yaralandığını açıqlayıb.
Bu qüvvələrin sözçüsü Macid Abdullah ən-Nuzeyli həmçinin Taiz əyalətində pilotsuz uçuş aparatlarının və raketlərin tətbiqi üzrə ixtisaslaşmış dörd iranlı ekspertin öldürüldüyünü xəbər verib. Onun sözlərinə görə, əməliyyatlar bir neçə cəbhədə hərbi hava qüvvələri, pilotsuz uçuş aparatları, snayperlər, artilleriya və raket qurğularından istifadə edilməklə həyata keçirilib.
Yəmən ordusunun sözçüsü əlavə edib ki, bu hücumlar nəticəsində husilərə məxsus bir sıra zirehli transportyor, hərbi avtomobil, raket buraxılış qurğusu və silah anbarı məhv edilib və ya sıradan çıxarılıb.