"Reuters"in məlumatına görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya şənbə səhər tezdən Yəmən husilərinin buraxdığı iki ballistik raketi və iki pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.
Koalisiyanın bildirdiyinə görə, raketlər Xəmis-Muşeyt, PUA-lar isə Ər-Riyad istiqamətində hərəkət edirdi. Səudiyyə Ərəbistanı rəsmiləri hələlik mümkün itki və ya dağıntılar barədə məlumat yaymayıb.
Hücum Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın hərbi komandanlarının bir neçə saat əvvəl Ər-Riyadda Səudiyyə Ərəbistanına yönələn təhdidləri müzakirə etdiyi vaxta təsadüf edib. Husilərin hücumlarının Hörmüz boğazı böhranı ilə eyni vaxtda davam etməsi regionda neft daşınması marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlığı artırıb.