Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin olunmasına çağırıb.
O, çıxışının bir hissəsində regionda kommunikasiya yollarının açılması məsələsinə toxunub. Paşinyan vurğulayıb ki, bu yolların blokadadan çıxarılması Azərbaycan ərazisinin bu iki hissəsinin maneəsiz birləşdirilməsi ilə nəticələnməlidir.
Ermənistan rəhbəri bu mövqeyi BMT Baş Assambleyasının tribunasından, dünya ölkələrinin nümayəndələri qarşısında açıqlayıb.