İran rejiminin xarici işlər naziri ABŞ-dan BMT Baş Assambleyasının iclası zamanı onu mühafizə etməyi xahiş edib. Axios veb-saytının məlumatına görə, ABŞ Dövlət Departamenti mövcud təhdidləri qiymətləndirdikdən sonra bu tələblə razılaşıb.
18 sentyabrda ABŞ Dövlət Departamentinin İranın BMT-dəki daimi nümayəndəliyinə göndərdiyi məktuba əsasən, bu tələb 17 sentyabrda diplomatik nota vasitəsilə təqdim edilib.
Məktubda deyilir ki, Diplomatik Təhlükəsizlik Xidməti BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Abbas Əraqçi üçün mühafizə komandası ayıracaq və İran tərəfindən səfər planını və yenilənmiş tədbirlər siyahısını göndərməsi tələb olunub.