ArazNews
Ana Səhifə / Dünya / Hakan Fidan Azərbaycan Respublikasının rəsmiləri ilə görüşmək üçün Bakıya səfər edəcək
Dünya

Hakan Fidan Azərbaycan Respublikasının rəsmiləri ilə görüşmək üçün Bakıya səfər edəcək

Hakan Fidan Azərbaycan Respublikasının rəsmiləri ilə görüşmək üçün Bakıya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 15-16-da iki günlük səfər çərçivəsində Azərbaycan Respublikasına gedəcək və bu ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaq.

Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Fidan bu səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə, xarici işlər naziri Ceyhun Bayramovla və müdafiə naziri Zakir Həsənovla görüşəcək.

Bu görüşlərdə müdafiə sənayesi, təhlükəsizlik və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq, habelə iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlığı müzakirə olunacaq.

Tərəflər həmçinin Ankara ilə Bakı arasındakı strateji münasibətlərin gedişatını, ikitərəfli ticarət həcminin 15 milyard dollara qədər artırılması yollarını və enerji və nəqliyyat sahələrində birgə layihələri qiymətləndirəcəklər.