Şotlandiya, Uels və Şimali İrlandiyanın liderləri birgə anlaşma memorandumu imzalayaraq Britaniyadan müstəqillik tələb ediblər. Sənəddə bu üç xalqın gələcəyinin Avropa İttifaqında olduğu bildirilir.
Uels Milli Partiyası (Plaid Cymru), Şotlandiya Milli Partiyası və Şin Fein bu memorandumda vurğulayıblar ki, hər bir xalq öz taleyini demokratik yolla və öz xalqının iradəsi əsasında müəyyən etmək hüququna malikdir. Onların sözlərinə görə, ilk dəfə olaraq bu üç regionun baş nazirlərinin hamısı Britaniyadan müstəqilliyə sadiqdir və bu, Vestminster dövrünün sona çatdığının açıq göstəricisidir.
Bu üç partiya iqtisadiyyat, bərpa olunan enerji mənbələrinin inkişafı və ailələrin xərclərinin azaldılması sahələrində əməkdaşlığını genişləndirir. Onlar Londonun iqtisadi modelini rədd edərək sosial ədalətə əsaslanan iqtisadiyyat tələb ediblər.
Memorandumun mətnində qeyd olunub ki, Vestminsterdə heç bir hökumətin bu regionların xalqlarının demokratiyasına və öz taleyini təyin etmək hüququna mane olmaq səlahiyyəti yoxdur. İmzalayanlar əlavə ediblər ki, hər bir xalq öz gələcəyini müəyyən etmək vaxtını və üsulunu özü seçəcək.