ArazNews
Ana Səhifə / Dünya / Hutilərin hücumlarının gücləndiyi şəraitdə bin Salman SENTKOM komandanı ilə görüşüb
Dünya

Hutilərin hücumlarının gücləndiyi şəraitdə bin Salman SENTKOM komandanı ilə görüşüb

Hutilərin hücumlarının gücləndiyi şəraitdə bin Salman SENTKOM komandanı ilə görüşüb

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bazar ertəsi günü ABŞ-ın Mərkəzi Komandanlığının (SENTKOM) komandanı admiral Bred Kuper ilə görüşüb və regionun təhlükəsizlik sahəsindəki son inkişaflarını müzakirə edib.

Reuters agentliyinə istinadən, Səudiyyə Ərəbistanının dövlət televiziyası bildirib ki, bu görüş Yəmən husilərinin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi hücumların və onların Qırmızı dənizə yaxın strateji ərazilərdə irəliləyişinin Riyad və digər Körfəz ölkələrinin təhlükəsizlik narahatlığını artırdığı bir vaxtda baş verib.

Bu görüş bin Salmanın Donald Trampdan husilərə qarşı mübarizədə ABŞ-ın köməyini istəməsi barədə məlumatların yayılmasından bir neçə gün sonra baş tutub.

Vaşinqton bu vaxta qədər bu cəbhəyə birbaşa hərbi qoşulmaya qarşı çıxıb, lakin Səudiyyə Ərəbistanına hədəflərin müəyyənləşdirilməsi ilə bağlı məlumat və dəstək təqdim etməyə razılıq verib.