ArazNews
Ana Səhifə / Xəbər / Piranşəhərdə (Xana) rejimin "bəsic"ə əməkdaşlıq edən sünni ruhanisi öldürülüb
Xəbər

Piranşəhərdə (Xana) rejimin "bəsic"ə əməkdaşlıq edən sünni ruhanisi öldürülüb

Piranşəhərdə (Xana) rejimin

Qərbi Azərbaycan əyalətinin Xana (Piranşəhər) şəhristanının Çiyanə bölgəsinin cümə imamı mamosta Məhəmməd Nəzhəti, şənbə axşamı, 17 şəhrivərdə (8 sentyabr) silahlı motosikletlilərin hücumu nəticəsində öldürülüb.

Hökumətə yaxın media qurumlarının məlumatına görə, Qərbi Azərbaycan Sepah Şəhidləri təşkilatı bildirib ki, Nəzhətinin "Müəllim, Tələbə və Ruhanilər Bəsici" ilə uzun müddətdir əməkdaşlığı olub və o, İslam Respublikasının tərəfdarlarından biri sayılıb.

Sepah bu hücumun məsuliyyətini İslam Respublikasına qarşı çıxan kürd silahlı qruplarının üzərinə qoyub və hadisəni ABŞ və İsrail ilə əlaqələndirib.

İndiyədək heç bir qrup bu hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, hücumçuların kimliyi də müstəqil şəkildə təsdiqlənməyib. Qeyd etmək lazımdır ki, kürd silahlı qrupları daha əvvəl ayrı-ayrı bəyanatlarında bildirmişdilər ki, İslam Respublikasının təhlükəsizlik və kəşfiyyat qurumları ilə əməkdaşlıq edən şəxsləri hədəfə alacaqlar. Bundan öncə də Mərivan, Banə və Sənəndəc şəhərlərində oxşar sui-qəsdlər baş vermişdi.