ArazNews
Ana Səhifə / İran / Rialın süqutunda yeni rekord; dollar 225 min tomana qədər qalxdı
İran

Rialın süqutunda yeni rekord; dollar 225 min tomana qədər qalxdı

Rialın süqutunda yeni rekord; dollar 225 min tomana qədər qalxdı

İranın sərbəst bazarında dollarin qiyməti şənbə, 14 şəhrivər (5 sentyabr) günü ilk ticarət saatlarında 225 min tomana qədər yüksəlib və yeni tarixi rekord qeydə alınıb. Sərbəst bazarda dollarin hovalə (köçürmə) məzənnəsi isə 229 min tomana çatıb. Ticarətdəki anlıq dalğalanmalar səbəbindən bəzi sistemlər bir qədər sonra 224 min toman civarında qiymətlər qeydə alıb.

Eyni zamanda, bir funt sterlinqin qiyməti təxminən 305 min tomana çatıb. İmami sikkəsi də müəyyən anlarda 235 milyon tomana qədər qalxıb, sonra isə 234-237 milyon toman arasında dalğalanıb.

Bunun əksinə olaraq, İranın Valyuta və Qızıl Mübadilə Mərkəzində razılaşdırılmış (tovafüqi) dollarin satış məzənnəsi 160 min 502 toman elan olunub; bu rəqəm sərbəst bazardakı dollarin ən yüksək qiymətindən təxminən 64 min 500 toman aşağıdır. Razılaşdırılmış dollarin alış məzənnəsi isə 159 min 57 toman müəyyən edilib.

Ötən həftə şənbə günü dollar 206 min 400 toman civarında satılmışdı; deməli, onun dəyəri bir həftə ərzində təqribən 9 faiz artıb.