ArazNews
Ana Səhifə / Dünya / Cənubi Koreya prezident ofisi: Hörmüz boğazına qüvvə göndərmək barədə hələ qərar qəbul etməmişik
Dünya

Cənubi Koreya prezident ofisi: Hörmüz boğazına qüvvə göndərmək barədə hələ qərar qəbul etməmişik

Cənubi Koreya prezident ofisi: Hörmüz boğazına qüvvə göndərmək barədə hələ qərar qəbul etməmişik

Cənubi Koreya prezident ofisi bildirib ki, Hörmüz boğazına hərbi qüvvə göndərmək barədə hələ heç bir qərar qəbul olunmayıb və bu məsələ ilə bağlı daxili araşdırmalar davam edir. Bu açıqlama Koreya mediasının Seulun cari miladi ilin sonunadək bu boğaza texnika və qüvvə göndərməyə hazırlaşdığı barədə yaydığı xəbərlərdən sonra verilib.

Həmin xəbərlərə görə, Cənubi Koreya hökuməti Nazirlər Kabinetində təsdiqdən sonra bu missiya üçün parlamentdən icazə almaq niyyətində idi. Seul bu həyati əhəmiyyətli neft daşıma yolunun təhlükəsizliyinin təmin olunması üçün ABŞ prezidenti Donald Trampın hərbi iştirak barədə təzyiqi altındadır.