Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına yardım məqsədilə hərbi texnika və qüvvə göndərilməsi məsələsini araşdırır; təsdiq edildiyi halda bu missiya cari miladi ilin sonunadək başlaya bilər.
Reuters agentliyi Cənubi Koreya mediasına və dövlət, hərbi mənbələrə istinadən bildirib ki, nəzərdən keçirilən variantlar arasında dəniz nəzarət təyyarəsinin, logistik dəstək gəmisinin, həmçinin minaaşkarlama və təmizləmə bölməsinin göndərilməsi var. Seul həmçinin bu missiyanın mümkün formatı barədə ABŞ, Böyük Britaniya və Fransa ilə məsləhətləşmələr aparıb.
Cənubi Koreya prezident aparatı vurğulayıb ki, qüvvə göndərilməsi barədə hələ yekun qərar qəbul edilməyib və hərbi, eləcə də qeyri-hərbi variantlar hələ də araşdırılır. Hər hansı genişmiqyaslı qüvvə göndərilməsi ölkənin parlamentinin razılığını tələb edə bilər.