ABŞ prezidenti Donald Tramp Truth Social şəbəkəsindəki paylaşımında sursatın olmaması ilə bağlı iddiaları "yüz faiz yalan" adlandırıb və bu məsələni önə çəkən şəxs və media qurumlarını "xəyanətdə" ittiham edib.
Tramp yazıb: "Onlar bunu edirlər, çünki mənim qələbəmi görməkdənsə, ABŞ-ın asanlıqla qazandığımız müharibədə məğlub olmasını üstün tuturlar."
Bu açıqlamalar İranla müharibə zamanı ABŞ-ın sursat ehtiyatlarının vəziyyəti ilə bağlı hesabatlar və narahatlıqlara reaksiya olaraq səslənib. Tramp paylaşımında bu hesabatları təkzib etmək üçün heç bir rəqəm təqdim etməyib.