ArazNews
Ana Səhifə / Dünya / Tramp: Hörmüz boğazından neft daşınması gündə 18 milyon barelə çatıb
Dünya

Tramp: Hörmüz boğazından neft daşınması gündə 18 milyon barelə çatıb

Tramp: Hörmüz boğazından neft daşınması gündə 18 milyon barelə çatıb

ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" səhifəsində bir şəkil paylaşıb ki, ona görə, Hörmüz boğazından neft daşınmasının həcmi müharibədən əvvəlki gündə təxminən 20 milyon barel göstəricisindən təxminən 18 milyon barelə düşüb.

Gündə 20 milyon barel rəqəmi bu su yolunun dünya neft və neft məhsullarının daşınmasındakı əhəmiyyəti barədə müharibədən əvvəlki qiymətləndirmələrə uyğun gəlir. "Washington Post" da xəbər verib ki, Suriya quru yolları və Baniyas limanına gedən boru kəmərlərini inkişaf etdirməklə Hörmüz boğazını yan keçmək üçün alternativ marşrutlardan birinə çevrilməyə çalışır.

Tramp "Washington Post"un Suriyanın mümkün rolu barədə olan bu məlumatını da yenidən paylaşıb və enerjinin daşınması üçün alternativ marşrutların yaradılması planını alqışlayıb.