ArazNews
Ana Səhifə / İran / İrana qızıl idxalında 92 faizlik süqut: 5 ayda cəmi 1 ton qızıl idxal olunub
İran

İrana qızıl idxalında 92 faizlik süqut: 5 ayda cəmi 1 ton qızıl idxal olunub

İrana qızıl idxalında 92 faizlik süqut: 5 ayda cəmi 1 ton qızıl idxal olunub

İslam Respublikasının gömrük statistikası cari ilin ilk beş ayında qızıl idxalının dəyərinin keçən ilin eyni dövrü ilə müqayisədə 92 faizdən çox azaldığını göstərir.

Sepaha yaxın olan Tesnim xəbər agentliyinin məlumatına görə, İran bu il ilk beş ayda cəmi 97 milyon dollar dəyərində 1 ton qızıl idxal edib; keçən il eyni dövrdə isə ölkəyə 1 milyard 256 milyon dollar dəyərində 13 ton qızıl idxal olunmuşdu.

Tesnim bu azalmanın əsas səbəbləri kimi valyuta siyasətindəki dəyişiklikləri və ixracatçıların valyuta öhdəliyinin yerinə yetirilməsi hesabına daha zəruri malların idxalına diqqətin artırılmasını göstərib. Son illər qızıl, gümüş və platinin gömrük və vergi güzəştləri ilə idxalı ixracdan əldə olunan valyutanın ölkəyə qaytarılması üsullarından birinə çevrilmişdi.