ArazNews
Ana Səhifə / İran / Motosiklet də əlçatmaz oldu: ən ucuz modellər 270 milyon tümənə çatıb
İran

Motosiklet də əlçatmaz oldu: ən ucuz modellər 270 milyon tümənə çatıb

Motosiklet də əlçatmaz oldu: ən ucuz modellər 270 milyon tümənə çatıb

Tehran Velosiped və Motosiklet Satıcıları və İdxalçıları İttifaqının sədri bildirib ki, qiymətlərin artması və alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən bazarda artıq 250 milyon tümandan ucuz motosiklet qalmayıb və əhalinin bir hissəsi ikinci əl modellərə üz tutub.

İSNA-ya istinadən, Əsğər Fərzipur Qərəlar açıqlayıb ki, ilin əvvəlindən motosiklet qiymətləri təxminən 20-30 faiz artıb və ən ucuz kommersiya motosikletlərinin qiyməti hazırda təxminən 270 milyon tümana çatıb.

O, valyutanın idxalçılara faktiki olaraq ayrılmasının dayandırılmasını, sifariş qeydiyyatının çətinləşməsini, valyuta məzənnəsinin artmasını və istehsal xərclərinin yüksəlməsini bahalaşmanın səbəbləri kimi qeyd edib və bildirib ki, bazar əhalinin alıcılıq qabiliyyətinin azalması ilə eyni vaxtda durğunluqla üzləşib.

Fərzipur əlavə edib ki, vəziyyət o həddə çatıb ki, əvvəllər 400 milyon tümana bir neçə motosiklet ala bilən adam bu gün eyni məbləğlə çətinliklə uyğun bir motosiklet əldə edə bilir.