ArazNews
Ana Səhifə / İnsan Haqları / Bəhailərə qarşı yeni təzyiq dalğası: dörd gündə ən azı 11 vətəndaş həbs edilib
İnsan Haqları

Bəhailərə qarşı yeni təzyiq dalğası: dörd gündə ən azı 11 vətəndaş həbs edilib

Bəhailərə qarşı yeni təzyiq dalğası: dörd gündə ən azı 11 vətəndaş həbs edilib

Dünya Bəhai Cəmiyyəti, 22-26 avqust tarixləri arasında İranın yeddi əyalətində ən azı 11 bəhai vətəndaşının həbs edildiyini və bəzilərinin əmlakının təhlükəsizlik qüvvələri tərəfindən geniş şəkildə müsadirə olunduğunu açıqlayıb.

Araz Xəbərin Dünya Bəhai Cəmiyyətindən nəql etdiyinə görə, bu qurumun Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Simin Fahandej bildirib ki, təhlükəsizlik qüvvələri həbs edilənlərin evlərini və iş yerlərini axtararkən elektron cihazlar, iş avadanlıqları, qızıl və zinət əşyaları, nikah üzükləri, hətta uşaq oyuncaqlarını da müsadirə ediblər. O, bu əməlləri "gündüz ortasında dövlət oğurluğu" adlandırıb.

Bu həbslər bəhailərə qarşı davam edən təhlükəsizlik və məhkəmə təzyiqlərinin fonunda baş verib. Beynəlxalq insan haqları təşkilatları daha əvvəl də bu dini azlığa qarşı həbslər, əmlak müsadirəsi və iqtisadi ayrı-seçkilik barədə dəfələrlə xəbərdarlıq ediblər.