ArazNews
Ana Səhifə / İnsan Haqları / Saxlanma yeri və ittihamları hələ məlum deyil: Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur
İnsan Haqları

Saxlanma yeri və ittihamları hələ məlum deyil: Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

Saxlanma yeri və ittihamları hələ məlum deyil: Əhəd Əlivənddən bir həftədir xəbər yoxdur

Mələkan şəhərindən olan, Azərbaycan Traktor komandasının azarkeşi və sosial şəbəkələrdə məzmun istehsalçısı Əhəd Əlivəndin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun saxlanma yeri, sağlamlıq vəziyyəti və ehtimal olunan ittihamları barədə hələ də heç bir məlumat açıqlanmayıb.

İnsan haqları və yerli mənbələrin məlumatına görə, təhlükəsizlik qüvvələri 1405-ci il mordad ayının 25-i, yəni 2026-cı il avqustun 16-da bazar günü Əhəd Əlivəndi Mələkan şəhərində həbs ediblər. Hələlik onu həbs edən qurumun kimliyi və həbsin necə baş verdiyi barədə də rəsmi açıqlama verilməyib.

Bu Azərbaycan türkü vətəndaşın ailəsi və yaxınları son günlər dəfələrlə Mələkanın təhlükəsizlik qurumlarına və məhkəmə orqanlarına müraciət ediblər; lakin xəbərdar mənbələrin sözlərinə görə, məsul şəxslər onun taleyi, hüquqi vəziyyəti və saxlanma yeri barədə aydın cavab verməkdən boyun qaçırıblar.

Hazırkı vaxta qədər İran rejiminin məhkəmə hakimiyyəti və yerli məsulları bu xəbərlərə rəsmi reaksiya verməyiblər.