Türk Azərbaycan mülki fəalı Milad Balasini avqustun 18-də (27 mordad) Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci sorğu-sual şöbəsinə gəldikdən sonra həbs edilib.
Balasiniyə əvvəllər, avqustun 9-da (18 mordad) verilmiş bir bildirişlə ona qarşı irəli sürülən ittihamlardan müdafiə olunmaq üçün bu şöbəyə gəlməsi tapşırılmışdı. O, iki məhkəmə işi ilə üzləşir; onlardan biri "İslam Respublikası rejiminə qarşı təbliğat" ittihamı, digəri isə "milli təhlükəsizliyə zidd olaraq media və yad yaxud düşmən virtual səhifələrə film, şəkil və ya məlumat göndərmək" ittihamıdır.