İraqın baş naziri ölkənin məsul şəxslərinə silah nəzarətinin dövlətin əlində inhisarlaşdırılması üçün qanun layihəsi hazırlamağı tapşırıb. Əli əz-Zeydi bu tapşırığı İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Xalid əl-Übeydi ilə görüşdə verib.
İraq Silahlı Qüvvələri Ali Komandanlığının sözçüsü Sabah ən-Nüman iki ay əvvəl silah nəzarətinin dövlətin inhisarına verilməsi üçün komitə yaradılması barədə məlumat vermişdi. Son aylar İran İslam Respublikasına bağlı silahlı qruplaşmalar regionun ərəb ölkələrinə dəfələrlə hücumlar həyata keçiriblər ki, bu da geniş tənqidlərə səbəb olub.