ArazNews
Ana Səhifə / Dünya / Bir mövzu kimi İran-ABŞ müharibəsi; Türkiyə və Yunanıstanın kəşfiyyat rəisləri Afinada görüşüb
Dünya

Bir mövzu kimi İran-ABŞ müharibəsi; Türkiyə və Yunanıstanın kəşfiyyat rəisləri Afinada görüşüb

Bir mövzu kimi İran-ABŞ müharibəsi; Türkiyə və Yunanıstanın kəşfiyyat rəisləri Afinada görüşüb

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəisi İbrahim Kalın keçən həftə Afinada Yunanıstanın Milli Kəşfiyyat Xidmətinin rəisi Temistoklis Dimirislə görüşüb. Tərəflər ikitərəfli münasibətlər, regiondakı proseslər və mövcud ixtilafların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Anadolu Agentliyi təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, görüşdə Egey və Aralıq dənizinin təhlükəsizliyi, NATO-nun təhlükəsizliyi, kəşfiyyat sahəsində əməkdaşlıq, terrorla mübarizə, mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya və insan alverinə qarşı mübarizə əsas mövzular olub.

ABŞ ilə İran arasındakı müharibə, Suriyadakı proseslər, Liviyada siyasi birliyin təmin edilməsi və Fələstin məsələsi də müzakirə olunub. Eyni mənbələrin sözlərinə görə, Qəzza və Qərb sahilindəki vəziyyət, habelə İsrailin Suriya və Livana hücumları da danışıqların digər mövzuları arasında olub.

Kalın və Dimiris iki kəşfiyyat xidməti arasında sıx əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər və terrorla, mütəşəkkil cinayətkarlıq şəbəkələri ilə mübarizədə əməkdaşlığın strateji səviyyəyə qaldırılmasına çağırıblar.