ArazNews
Ana Səhifə / İran / Ərdəbildə tatu cinayət sayıldı: prokurorun əmri ilə tatu salonları bağlanıb, sahibləri saxlanılıb
İran

Ərdəbildə tatu cinayət sayıldı: prokurorun əmri ilə tatu salonları bağlanıb, sahibləri saxlanılıb

Ərdəbildə tatu cinayət sayıldı: prokurorun əmri ilə tatu salonları bağlanıb, sahibləri saxlanılıb

Ərdəbil prokurorluğu bu şəhərdə bir neçə tatu salonunu bağlayıb və onların bəzi sahiblərini saxlayıb. Vilayət mərkəzi prokurorunun nümayəndəsi Möhsün İmami şənbə günü, 1405-ci il Mordad ayının 24-də (15 avqust 2026-cı il) İran İslam Respublikasının Radio və Televiziyasına bildirib ki, bu mərkəzlər prokurorluğun xüsusi nümayəndəsinin iştirakı ilə aşkar edilib və bağlanılıb.

Bu məhkəmə məmurunun iddiasına görə, həmin mərkəzlərin sahibləri icazəsiz şəkildə qadın və kişilərə tatu xidməti göstərirmiş və işlərinin şəkillərini virtual məkanda yayırmışlar. İmami bildirib ki, digər şəxslərin müəyyən edilməsi üçün araşdırmalar davam edir, sənaye vahidlərinin yoxlanılması və virtual məkanda yayılan fəaliyyətlərin izlənilməsi də davam etdiriləcək.