ArazNews
Ana Səhifə / İran / İki Su-24-ün süqutu və altı aylıq acizlik: Tehran üç pilotun Qətərdə əsir düşdüyünü iddia edir
İran

İki Su-24-ün süqutu və altı aylıq acizlik: Tehran üç pilotun Qətərdə əsir düşdüyünü iddia edir

İki Su-24-ün süqutu və altı aylıq acizlik: Tehran üç pilotun Qətərdə əsir düşdüyünü iddia edir

Silahlı Qüvvələrin Baş Qərargahına bağlı İtkin Düşənləri Axtarış Komitəsinin rəhbəri, Sepah baspaşası Məhəmməd Baqerzadə iddia edib ki, təyyarələri 1404-cü il isfənd ayının 11-də (2 mart 2026) Qətər tərəfindən vurulmuş İran rejiminin üç piloti bu ölkənin qüvvələri tərəfindən diri-diri əsir götürülüb.

Onun sözlərinə görə, "Cavad Salehi", "Əbdülməcid Dəştiyan" və "İmran Behruşiyan" təxminən altı aydır ki, ailələri ilə əlaqə saxlamaq imkanı və ya Qırmızı Xaç nümayəndələrinin onlara çatması mümkün olmadan Qətərdə saxlanılır. Bununla belə, bu iddia hələ də nə Qətər, nə də müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Bu məsələ İran rejiminin iki cəbhədəki zəifliyini üzə çıxarır: sərhədxarici bir əməliyyat zamanı iki Su-24 qırıcı təyyarəsinin itirilməsi və diplomatiya aparatının, eləcə də hərbi qurumların təxminən altı ay keçdikdən sonra öz qüvvələrinin taleyini müəyyən edə bilməməsi. Tehran indi Beynəlxalq Qırmızı Xaç Komitəsindən bu pilotlarla görüşmək və onların vəziyyətini araşdırmaq üçün müdaxilə etməsini tələb edib.

Daha əvvəl bu iki qırıcı təyyarədə olan dördüncü pilot "Məcid Kazımi"nin ölümü DNT testi vasitəsilə təsdiqlənmişdi. İran rejiminin məsulları bu yaxınlara qədər deyirdilər ki, Qətər məlumatsızlıq bəyan edib və digər üç pilotun taleyi məlum deyil.