İsrailin yüksək vəzifəli nazirlərindən biri bildirib ki, Qəzza zolağında hərbi əməliyyatlar davam edəcək və hökumət kabineti Həmasın silahsızlaşdırılması planına hələ baxmayıb.
Times of Israel-in məlumatına görə, İsrailin Energetika naziri Eli Koen deyib ki, ölkə hökuməti Həmasın razılaşdığı silahsızlaşdırma planı barədə hələ qərar verməyib. O vurğulayıb ki, İsrail ordusunun Qəzzadakı əməliyyatları təhlükəsizlik məqsədlərinə çatana qədər davam edəcək.
Eyni zamanda, İsrail baş nazirinin ofisi açıqlayıb ki, Tel-Əvivin bu plana dair təhlükəsizlik narahatlıqları ABŞ-a çatdırılıb. Bu arada, Fələstin mənbələri bildirib ki, İsrailin bu gün Qəzzaya etdiyi hücumlar nəticəsində ən azı 17 nəfər həlak olub.