ArazNews
Ana Səhifə / Dünya / ABŞ-ın hücumunun dayandırılması neft qiymətlərini aşağı çəkdi
Dünya

ABŞ-ın hücumunun dayandırılması neft qiymətlərini aşağı çəkdi

ABŞ-ın hücumunun dayandırılması neft qiymətlərini aşağı çəkdi

Dünya neft qiymətləri bazar ertəsi günü ticarətin başlanğıcında, ABŞ-ın İran İslam Respublikasına hücumunun təxirə salınması və danışıqlar prosesinin yenidən başlaması barədə açıqlamadan sonra kəskin şəkildə aşağı düşüb.

Reuters agentliyinə istinadən, Brent markalı neftin qiyməti təxminən 4,6 faiz azalaraq bir barel üçün 83,73 dollara enib, West Texas Intermediate (WTI) markalı xam neft isə təxminən 4,7 faiz ucuzlaşaraq 80,34 dollar səviyyəsində satılıb. Treyderlər qiymətlərin aşağı düşməsinin əsas səbəbi kimi regionda gərginliyin kəskinləşməsi ehtimalının azalmasını qeyd edirlər.

Bu azalma Donald Trampın İran İslam Respublikasına qarşı planlaşdırılan hücumun ləğv edildiyini və danışıqların yeni mərhələsinin başlandığını açıqlamasından sonra baş verib. Eyni zamanda, OPEC+ təşkilatının sentyabr ayından etibarən neft hasilatını məhdud şəkildə artırmaq qərarı da bazarda aşağı təzyiqə töhfə verib.