ArazNews
Ana Səhifə / Dünya / Keyhan İsrail və regiondakı enerji infrastrukturuna hücum üçün "hədəflər" siyahısını yayımladı
Dünya

Keyhan İsrail və regiondakı enerji infrastrukturuna hücum üçün "hədəflər" siyahısını yayımladı

Keyhan İsrail və regiondakı enerji infrastrukturuna hücum üçün

Rəhbərlik bürosuna yaxın olan bu qəzet iddia edib ki, İslam Respublikası indiyədək "böyük təmkin göstərib və bir çox qanuni hədəfə göz yumub", lakin infrastruktura hücum qarşısında "artıq heç bir güzəştə yer yoxdur və dünyanın ən mühüm enerji tesisləri, ərəb ölkələrində və İsraildə yerləşən halda, İranın dəqiq zərbə vuran və dağıdıcı raketlərinin təsir dairəsindədir".

Keyhan bununla bağlı Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və İsrailin neft və qaz tesislərinin siyahısını da yayımlayıb ki, bu radikal qəzetin sözlərinə görə, İranın "hədəflər bankı" ola bilər.

Bu yazıda Ğəvar, Zakum və Burqan yataqları, Əbqeyq və Xureys neft tesisləri, Ər-Ruveys və Sitrə neftayırma zavodları, Əl-Muamir tesisləri, Şimal Günbəzi qaz yatağı və Qətərdəki Ras Laffan terminalı, həmçinin İsrailin Levyatan və Tamar qaz yataqları potensial hədəflər kimi qeyd olunub.