Yəmənin husi qrupu şənbə günü iddia edib ki, Səudiyyə Ərəbistanına məxsus səkkiz neft tankeri bu qrupun dəniz mühasirəsi səbəbindən Bab əl-Məndəb boğazından Yaxşı Ümid burnu istiqamətinə marşrutunu dəyişmək məcburiyyətində qalıb.
Husilərin hərbi sözçüsü Yəhya Səri "X" şəbəkəsindəki mesajında bu marşrut dəyişikliyini Səudiyyə gəmilərinə qarşı elan edilmiş mühasirənin nəticələrinin bir hissəsi kimi qiymətləndirib.