Həmas bildirib ki, Qəzza sazişinin ikinci mərhələsinin çərçivəsi ilə razılaşıb; bu çərçivə İsrailin hücumlarının dayandırılmasını, bu ölkənin qüvvələrinin tam çıxarılmasını, Qəzzanın bərpasının başlanmasını və beynəlxalq qüvvələrin yerləşdirilməsini əhatə edir.
Həmasın rəsmilərindən Qazi Həməd bildirib ki, bu qrup İsrailin öhdəliklərini yerinə yetirməsindən sonra öz silahlarını saxlanması üçün "Qəzzanın Milli İdarəetmə Komitəsi"nə təhvil verəcək. Təklif olunan plana əsasən, ağır silahlar əməliyyat dövriyyəsindən çıxarılacaq və Qəzzanın təhlükəsizlik və mülki idarəçiliyi bu texnokrat Fələstin komitəsinə keçiriləcək.
Bununla belə, Həmas vurğulayıb ki, İsrailin hücumları dayandırmasından və geri çəkilməsindən əvvəl silahlarla bağlı heç bir addım atılmayacaq. Bu şərt göstərir ki, ümumi çərçivə barədə razılığa baxmayaraq, öhdəliklərin icra ardıcıllığı tərəflər arasında əsas fikir ayrılıqlarından biri olaraq qalır.