ArazNews
Ana Səhifə / Dünya / İtaliya İspaniya ilə Şengen tətbiqini müvəqqəti dayandırdı
Dünya

İtaliya İspaniya ilə Şengen tətbiqini müvəqqəti dayandırdı

İtaliya İspaniya ilə Şengen tətbiqini müvəqqəti dayandırdı

İtaliya hökuməti Seuta ərazisindəki geniş miqyaslı miqrasiya böhranına cavab olaraq, İspaniya ilə sərbəst hərəkət təmin edən Şengen razılaşmalarının bir aylıq müddətə dayandırıldığını açıqlayıb. Bu qərara əsasən, İspaniyadan hava və ya dəniz yolu ilə İtaliyaya daxil olan Avropadan kənar ölkələrin vətəndaşları pasport nəzarətindən keçirilləcək.

İtaliya və İspaniyanın ümumi quru sərhədi yoxdur, lakin Roma sənədsiz miqrantların ölkəyə daxil olmasının qarşısını almaq üçün Fransa ilə sərhədində də nəzarəti gücləndirəcəyini bildirib. Bu addım Mərakeşdən İspaniyaya məxsus Seuta ərazisinə 50 mindən çox miqrantın daxil olmasından sonra atılıb; yerli hakimiyyət orqanları miqrantların sayının 60 minə çatdığını proqnozlaşdırır.

İspaniya rəsmilərinin açıqlamasına görə, təxminən 48 min 300 nəfər miqrant könüllü şəkildə Mərakeşə qayıdıb və Seutada iki mindən az adam qalıb. Bu miqrasiya dalğası nəticəsində həlak olanların sayı isə ən azı 57 nəfərə çatıb.