ArazNews
Ana Səhifə / Dünya / Hörmüz boğazı yaxınlığında daha bir neft tankeri hədəf alındı; maşın otağı işdən düşdü
Dünya

Hörmüz boğazı yaxınlığında daha bir neft tankeri hədəf alındı; maşın otağı işdən düşdü

Hörmüz boğazı yaxınlığında daha bir neft tankeri hədəf alındı; maşın otağı işdən düşdü

Oman sahilləri yaxınlığında bir neft tankeri naməlum mərmilərin dəyməsi nəticəsində zədələnib və maşın otağının sıradan çıxmasından sonra idarəolunmasını itirib. Britaniyanın dəniz agentliyi bildirib ki, tələfat və ya ətraf mühitə zərər barədə məlumat yoxdur.

Reuters və Britaniyanın "Dəniz Ticarəti Əməliyyatları" (UKMTO) agentliyinə istinadən, hadisə Omanın Lima şəhərinin şimal-şərqində, təxminən 11 dəniz mili məsafədə baş verib. Gəminin sahibi olan şirkətin təhlükəsizlik zabiti bildirib ki, mərmi maşın otağına dəyib və gəmi idarəolunmaz vəziyyətə düşüb; regionun sahil mühafizəsi məlumatlandırılıb və rəsmilər hadisəni araşdırır.

Lima Omanın Müsəndəm yarımadasında, Hörmüz boğazının girəcəyində yerləşir; bu boğaz Fars körfəzini Oman dənizinə birləşdirən strateji keçiddir. Hədəf alınan gəminin bayrağı hələ məlum deyil.