ArazNews
Ana Səhifə / Bölgə / Müqtəda əs-Sadr: Həşd əş-Şəabi Körfəz ərəb ölkələrinə İraqa hücum üçün bəhanə verməsin
Bölgə

Müqtəda əs-Sadr: Həşd əş-Şəabi Körfəz ərəb ölkələrinə İraqa hücum üçün bəhanə verməsin

Müqtəda əs-Sadr: Həşd əş-Şəabi Körfəz ərəb ölkələrinə İraqa hücum üçün bəhanə verməsin

İraq Sadr Cərəyanının lideri Müqtəda əs-Sadr, Səudiyyə Ərəbistanı və ABŞ-ın hücumlarına reaksiya olaraq Həşd əş-Şəabi yarımhərbi birləşmələrini «özbaşına» adlandırıb və İslam Respublikasının dəstəklədiyi bu qruplardan Körfəz sahili ərəb ölkələrinə İraqı hədəf almaq üçün «bəhanə» verməmələrini tələb edib. O, avqustun 7-nə — çərşənbə axşamına təsadüf edən bəyanatında İslam İnqilab Keşikçiləri Korpusundan da İraq torpağını hədəf almamasını istəyib.

Sadr müxtəlif ölkələrin İraqa hücumlarını pisləməklə yanaşı, «özbaşına yarımhərbi birləşmələrin İraqı mənasız bir müharibəyə sürükləmə cəhdlərini» də qınayıb. O, İraq hökumətindən təhlükəsizliyi bərpa etməsini, ölkənin suverenliyini həyata keçirməsini, xalqın salamatlığını və müqəddəs yerləri qorumaq üçün səy göstərməsini tələb edib və «iyrənc məzhəb xurafatının tələsinə» düşməməyi vurğulayıb.